Qadin.NET / Dünyanın ən uzun insanı öldü

Dünyanın ən uzun insanı öldü

Dünyanın ən uzun adamı olan ukraynalı Leonid Stadnik ölüb.ANS PRESS-in məlumatına görə, Stadnik beyin qanaxmasından dünyasını dəyişib. 44 yaşlı Stadnik Ukraynanın Jıtomirsk vilayətinin Çudnovsk rayonun Podolyanç kəndində yaşayıb. Onun ölümü barədə Podolyanç kəndinin qəsəbə şurasından məlumat verilib. Stadnikin dəfni sabaha - avqustun 26-a planlaşdırılıb.Jurnalist Artur Samarçev Stadnikin ölümünə beyin qanaxmasının səbəb olduğu barədə məlumat verib.Leonid Stadnik indiyə kimi yaşayan ən uzun adam olub. Onun boyu 2 metr 57 santimetr təşkil edirdi.

Mənbə: ANS PRESS

25 avqust 2014
GO BACK