Təhsil Nazirliyindən APA-ya verilən cavabda bildirilib ki, Ebola virusunun yayıldığı ölkələrin konkret coğrafiyası məlum olmadığından, bu suala konkret cavab vermək mümkün deyil. O ki qaldı konkret məsələyə, bununla bağlı ölkəmizdə hər hansı fakt qeydə alınmayıb.
Qeyd edək ki, Azərbaycanda Ebola virusu xəstəliyinə qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin ölkəyə keçməsinin qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.
Səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyovbununla əlaqədar əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib.