Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, avqustun 30-na kimi Bakı və Abşeron yarımadasında gündüz temperatur 31-38 dərəcə isti olacaq.
Avqustun 30-dan sonra isə hava tədricən sərinləşəcək, temperatur enəcək.
Avqustun 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, gündüz cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında avqustun 26-da havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti təşkil edəcək.
Avqustun 26-da Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti hökm sürəcək, şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti proqnozlaşdırılır.