Müalicəsi olmayan, dəhşətli Ebola qızdırması və ya hemorragik qastroentrit epidemiyası sürətlə yayılır. Xəstəlik indi Qərbi Afrikadan Mərkəzi Afrikaya keçib.
Milli.Az ABC-yə istinadən bildirir ki, Konqo Demokratik Respublikasında aparılmış laborator testlər iki nəfərin Ebola virusundan keçindiyini göstərib.
Ölkənin səhiyyə naziri Feliks Kabanqe Numbinin sözlərinə görə, bu minvalla ölkədə Ebola virusuna yoluxma ilə bağlı ilk faktlar qeydə alınıb.
Virus Ekvatorial vilayətdə qeydə alınıb. Ölkənin şimal-qərbində artıq 13 nəfərin bu virusdan ölməsi ilə bağlı şübhələr var.
Ebola bu il Qvineyada baş qaldırmış, sonra Syerra-Leone və Liberiyaya keçmişdi.
Ümumdünya Səhiyyə Təşkilatının son məlmatlarına görə, Qərbi Afrikada ölümcül virusa artıq 2615 nəfər yoluxub, 1427 nəfər bu bəladan ölüb.
Britaniyaya isə Syerra-Leonedən ilk Ebola xəstəsi aparılıb. O şəxs virusa yoluxmuş ilk Britaniya vətəndaşıdır.
Mənbə: Milli.Az
Mənbə: Milli.Az