Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə başlanılıb.
ANS PRESS xəbər verir ki, rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, hazırda 29-cü məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri ilə bağlı işlər görülür.
Bundan əlavə, qəsəbədəki Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş torpaq sahələri üzərindəki müxtəlif konstruksiyalı hasarlar, eləcə də şəhərsalma və tikinti normalarına cavab verməyən yarımçıq tikililər sökülür.
Bu ərazilər təmizlənərək abadlaşdırılır.
Mənbə: ANS PRESS