Qadin.NET / Birinci xanımın baharı

Birinci xanımın baharı

 

Birinci xanımın baharı

Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ad gününü qeyd edir. Yaradan və valideynləri ona, demək olar ki, mümkün hər şey - gözəllik, ağıl, məlahət, gözəl zövq və xeyirxahlıq bəxş edib. O həm də insanlara qarşı çox rəhmdildir. Mehriban xanımın yardım etdiyi insanların sayı on minlərlədir. Uşaq evlərində böyüyənlərə mənzillər verib, çox sayda insanı ağır xəstəliklərdən xilas edib, ölkədən kənarda yaşayan azərbaycanlılara yardım edib. Bu yaxınlarda dünyasını dəyişmiş əməkdar artist Xanım Qafarova bağlı məsələni xüsusi qeyd etmək istəyirəm. Mehriban xanım uşağı şəxsi himayəsinə götürüb və bu körpə qızın gələcəyi etibarlı əllərdədir. Bu zərif qadının bütün bu işləri necə çatdırdığına adam heyrət edir. O, prezidentin xanımı, üç uşaq anasıdır. İki qızı artıq ailə qursa da, əvvəlki kimi ölkənin ictimai həyatında fəal iştirak edirlər. Yəqin ki, anaları onları belə yetişdirib. Oğlu Heydər də böyüyür. O, oxumaq üçün xaricə getmədi, adi bir Bakı ali məktəbini seçdi. Atası kimi o da diplomat olmaq istəyir. Əlbəttə, nəvələr də hər gün nənədən böyük diqqət tələb edirlər. Həm də şahidlərin dediyinə görə, birinci xanım həm əla ev sahibi, həm də çox güclü kulinardır. Azərbaycan mətbəxinin böyük bilicisi, ulu öndər Heydər Əliyev dəfələrlə bildirib: "Bu yeməkləri mən başqa yerlərdə də yemişəm, amma heç kim Mehri kimi dadlı bişirə bilmir". O, həm də millət vəkili və Heydər Əliyev Fondunun prezidenti vəzifələrini daşıyır. Mehriban xanımın mədəniyyət və humanitar sahələrdə fəaliyyəti ilə bir çox xarici ölkələrdə yaxşı tanışdırlar. Buna görə də onun fəaliyyəti çox saylı priz və mükafatlarla qiymətləndirilib. Başqa bir cəhəti isə həmişə başladığı işi sona çatdırması və heç kimdən qorxmaması ilə bağlıdır. Bu məsələdə o, babası, Azərbaycanın populyar «Bakı» axşam qəzetinin baş redaktoru Nəsir İmanquliyevə çox bənzəyir. Öz səhifələrində beşillik planın yerinə yetirilməsi barədə qələbə raportları dərc edən digər nəşrlərdən fərqli olaraq Nəsir müəllim öz qəzetində vəzifəsindən asılı olmayaraq xalqın həyatına maneçilik törədən məmurları tənqid atəşinə tuturdu. Bu məsələyə görə, onun başı çox ağrıdılırdı, amma o, öz məram və prinsiplərini heç vaxt dəyişmirdi, nəvəsi də ona oxşayıb. Məsələn, götürək Bakıda keçirilmiş Avropa mahnı bayramını. "Beşinci kolon" öz xarici himayədarlarının yardımı ilə bu mahnı festivalını necəsə korlamağa korlamağa çalışırdı. Heç nə alınmadı. Mahnı bayramının gözəl təşkil edilməsi, bakılıların mehribanlığı və qonaqpərvərliyi bu bayramı unudulmaz etdi. Azərbaycan paytaxtına qonaq gəlmiş minlərlə turist bu barədə hər bir küçədə curnalistlərə danışırdılar. Bu əfsanəvi bayramı təşkil etdiyinizə görə Siz də, Mehriban xanım çox sağ olun. Bu gün Azərbaycan sakinləri, müxtəlif Avropa ölkələrindən olan idmançılar, azarkeşlər və turistlər Bakıda gələn il keçiriləcək birinci Avropa Olimpiya oyunlarına başlamasını gözləyirlər. Heç kimin şübhəsi yoxdur ki, Avropa idman bayramı ən yüksək səviyyədə keçiləcək, çünki Təşkilat Komitəsinə təcrübəli təcrübəli və gözəl insan Mehriban xanım rəhbərlik edir. Mehriban xanım, Siz, ANS Şirkətlər Qrupunun kollektivi üçün çox yaxın adamsınız. Biz hamımız fəxr edirik ki, səs birliyi ilə Sizi "İlin adamı" elan etdik. Sizi ad gününüz münasibəti ilə ürəkdən təbrik edirik, yeni yaradıcılıq uğurları və xoşbəxtlik arzulayırıq. 

Birinci xanımın baharı

 

 

Birinci xanımın baharı

 

Birinci xanımın baharı

 

Birinci xanımın baharı

 

Birinci xanımın baharı

 

Mənbə: ANS PRESS

25 avqust 2014
GO BACK