Üzən ev hazırlanıb
Çexiyanın “AtelierSAD” memarlıq şirkətinin mütəxəssisləri üzən evin layihəsini hazırlayıblar.ANS PRESS-in məlumatına görə, ev çox asanlıqla demontaj edilən ayrı-ayrı hissələrdən (modullardan) ibarətdir. Odur ki, onu asanlıqla söküb istənilən yerdə quraşdırmaq mümkündür. Memarlar təbii materiallardan düzəldiləcək evə “PORT X” adı veriblər.Nəinki suda, eləcə də quruda quraşdırıla bilən “PORT X” modulların ölçülərindən asılı olaraq böyüdülə bilər.Layihə müəllifləri hesab edirlər ki, üzən evdən ofis kimi də istifadə etmək olar. Belə ki, şirkət böyüdükcə, onun ofisinin sahəsi də genişlənəcək.
Mənbə: ANS PRESS
24 avqust 2014
GO BACK