Qadin.NET / Azərbaycanda avtomobil kirayəsi neçəyədir?

Azərbaycanda avtomobil kirayəsi neçəyədir?

 

"Bakıda avtomobil kirayəsi sutkada 40 manatdan başlayır. İcarə qiyməti daha yüksək - 150 manatadək də olar bilər. Hər şey avtomobilin markasından, buraxılış ilindən, getdiyi yoldan asılıdır. Yəni bu göstəricilərə görə qiymət dəyişir. Eyni zamanda mən deyə bilmərəm ki, Azərbaycanda qiymətlər başqa ölkələrlə nisbətdə bahadır. Bu onunla bağlıdır ki, hələlik bu bazarda tələb elə də hiss olunmur və qiymətlər ümumilikdə münasibdir". 
Milli.Az Day.Az-a istinadən bildirir ki, bu barədə "Р­xo" qəzetinə MBA Consulting-in baş direktoru Nüsrət İbrahimov deyib. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov isə bir qədər başqa fikirdədir. O, qəzetə bildirib ki, Azərbaycanda avtomobil kirayəsi bahadır: 
"Düzdür, Azərbaycanda bu xidmət yenidir və ona elə də tələbat yoxdur. Bu halda qiymət də baha olmamalıdır. Amma təəssüf ki, bəzən maşın kirayəsinin qiyməti inkişaf etmiş ölkələrdəki göstəriciyə çatır". 
Bu arada, otellərin, biletlərin və avtomobillərin onlayn kirayəsi ilə məşğul olan Kayak şirkəti isə maşın kirayəsinin reytinqini hazırlayıb. 
Məlum olub ki, ən bahalı maşın kirayəsi Rusiyadadır. Bu ölkədə avtomobil kirayələmək istəyənlər qiymətlərin ən aşağı olduğu Böyük Britaniya sakinlərinə nisbətən 69% daha çox pul ödəməlidirlər. Birləşmiş Krallıqda 1 sutka üçün avtomobil kirayəsi 79 dollara, Rusiyada isə 133 dollara başa gəlir. 
Reytinqdə  ikinci yerdə sutkada 113 dollarla İsveçrədir. 

Mənbə: Milli.Az

 

24 avqust 2014
GO BACK