Bircə qab makaron vaxtından əvvəl ölümə səbəb ola bilər
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, hazırda makaron məhsulları bütün dünyada populyardır. Makaronu nəinki tələbələrin çoxu, həmçinin bəzi yaşlı və varlı insanlar da sevmirlər. Buna baxmayaraq, alimlər deyirlər ki, makaronu sevənlər onsuz da çoxdur, amma onun orqanizmlərinə necə ağır təsir göstərdiyindən xəbərləri yoxdur.
Amerikalı alimlər həftədə ən azı 2-3 dəfə tez hazırlanan əriştə yeyən insanları müşahidə ediblər. Məlum olub ki, onların hamısı kardiometabolik sindromdan əziyyət çəkir. Bu da öz növbəsində müxtəlif ürək xəstəliklərinə, həmçinin diabetə və insulta gətirib çıxarır.
Əriştənin daha çox Asiya ölkələrində populyar olduğunu nəzərə alan tədqiqatçılar diqqəti Cənubi Koreyaya yönəldiblər. Çünki məhz bu ölkənin insanları tez hazırlanan əriştəni başqalarından daha çox istemal edirlər.
Son illərdə Cənubi Koreyada ürək xəstəliklərindən, piylənmədən əziyyət çəkənlərin sayı xeyli artıb.
Alimlər əriştənin yeyilməsinin müntəzəmliyi və həcminin sağlamlığa təsir göstərib-göstərmədiyini araşdırmaq qərarına gəliblər.
Digər tez hazırlanan qidalar kimi, əriştənin də tərkibində çoxlu duz var, onun orqanizmdə artması isə ürəktutması və ya infarkt riskini xeyli artırır.
Tez hazırlanan makaron məhsullarının tərkibində tret-butil hidroxinon adlı kimyəvi birləşmənin olduğu da üzə çıxıb. Bu qida əlavəsi butanın əlavə məhsuludur və neft sənayesində istifadə olunur.
Bütün bu maddələr isə orqanizmə düzəlməsi mümkün olmayan zərbə vurur. Üstəlik, bəlli olub ki, belə hallarda qadın orqanizmi kişilərə nisbətən daha çox zərbə altındadır.