Qadin.NET / "Ağıl saqqızı" nədir?

"Ağıl saqqızı" nədir?

 

“Nəyisə həddindən artıq düşünməyin özü də bir xəstəlikdir”.
Bunu Axar.az-a açıqlamasında psixoloq Dəyanət Rzayev şüuraltına ən çox təsir edən amillərdən danışarkən deyib.
O, bildirib ki, nəyisə həddindən artıq düşünməyin özü də ciddi bir xəstəlikdir: 
“Gün ərzində insan beyni milyonlarla informasiya qəbul edir. Bunlardan müşahidə etdiyimiz, kimlərdənsə eşitdiyimiz məlumatlar var ki, onlar insan şüurunda qalanlardır. Ancaq elə informasiyalar olur ki, onlar insan beyninin şüuraltında özünü büruzə vermir. Bu o halda özünü büruzə verə bilər ki, insan hansısa ekstremal vəziyyətdə və yaxud da hipnoz halında olsun. Bu normal tip insanlara aid olan katerqoriyadır. 
Ən dəhşətlisi isə həyatda özünü normal hesab edən, ancaq heç xəstəliyinin fərqində də olmayan, gün ərzində əllərini dəfələrlə yuyan, adi bir şeyi beynində saqqıza çevirərək daim düşünən insanlar var. Bu tip insanlardakı bu nevroloji xəstəliyi tibdə obsessiv-kompulsiv pozğunluq adlandırırlır. Belə insanlar durmadan hər hansı bir fikri beyinlərində uzun müddət saxlayaraq bunu daim təkrar edirlər, nəyəsə toxunduqda mikroba bulaşacaqlarına, əllərini nə qədər yusalar da, təmizlənmədiyinə inanan insanlardır. Bir çox hallarda bu cür insanlar hətta kiməsə zərər verəcəklərindən də qorxurlar. Bu xəstəliyin tibbi yolla müalicəsi mümkündür. Sağalma ehtimalı isə yüzdə yetmiş faizdir”.
Bəs sizin ağlınızdakı "saqqız" nədir?

Mənbə: Milli.Az

 

24 avqust 2014
GO BACK