Qadin.NET / Arıqlamaq istəyənlərə şad xəbər

Arıqlamaq istəyənlərə şad xəbər

 

Arıqlamaq istəyənlərə şad xəbər

Badam arıqlamaq istəyənlər üçün ən yaxşı seçimdir.
ANS PRESS-in məlumatına görə, artıq çəkidən xilas olmağa çalışan adamların badama diqqət yetirmələrinə dəyər.
Alimlər təsdiqləyirlər ki, cəmi bir ovuc badam bütün günü iştahanı boğa bilir. Badam aşağı qlikemik indeksə malikdir. Bu indeks həmin məhsuldan istifadə olunduqda qanda şəkərin miqdarının sürətlə artmasının göstəricisidir. 
Badam şəkərin və insulinin sabit və yavaş artımını təmin edir ki, bu da insanda uzunmüddətli doymaq hissinə zəmanət verir. Deməli, badam insanı həddindən artıq qidalanmadan xilas edə bilər. 
Alimlərin sözlərinə görə, badam xüsusilə şəkərli diabetdən əziyyət çəkənlər üçün faydalıdır.
ABŞ-ın Perdu Universitetinin professoru Riçard Meytsin apardığı təcrübə sübut edib ki, səhərlər badam yeyən adamlar daha çox tox qalır, onların qanında şəkərin miqdarı səhər yeməyi və naharda aşağı qlikemik indeksə malik məhsullardan istifadə edənlərə nisbətən az olur. 
Badam orqanizmi aldatmağa kömək edir və nəticədə insan orqanizmi doymaq üçün daha kiçik həcmdə qida tələb edir.

Mənbə:ANS PRESS

 

24 avqust 2014
GO BACK