Qadin.NET / Azərbaycanın ilk pilotsuz təyyarəsi

Azərbaycanın ilk pilotsuz təyyarəsi

Azərbaycanın ilk pilotsuz təyyarəsi
Azərbaycanlı mühəndislər 80 dəqiqə havada qala bilən pilotsuz mini təyyarə hazırlayıblar.ANS PRESS-in “ICTnews” istinadən məlumatına görə, "Bayquş" adı verilən bu hazırlanma rekorda da imza atıb. Belə ki, indiyədək praktiki olaraq mini həcmli təyyarələrdə ən çox havada qalma müddəti 60 dəqiqə təşkil edib. Xüsusi optimizasiyalar ilə 80 dəqiqə havada qala bilən bu mini təyyarə, eyni zamanda canlı görüntü və "3D" xəritə çəkmə funksiyaları ilə də təchiz edilib.İndiyə qədər bir çox xarici investorlar layihəyə böyük maraq göstərib. Buna baxmayaraq, yaradıcılar yerli investorların diqqətini cəlb edərək mini təyyarənin istehsalını təşkil etmək və qlobal bazara çıxartmaq niyyətindədirlər.

Mənbə: ANS PRESS

23 avqust 2014
GO BACK