İraqda güclü zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, İraqın Diyala əyalətində 5.2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmolji Tədqiqat İnstitutunun müşahidə mərkəzi bildirib.
Zəlzələnin episentri İraqın Diyala əyalətinin İranla sərhədində yerləşən Mandali şəhərində, yerin 20.6 km dərinliyində olub.
Zəlzələ Bakı vaxtı ilə bu gün saat 00:06-da qeydə alınıb. Bu iki saat ərzində baş verən ikinci zəlzələdir. Belə ki, ilk zəlzələ isə 4.7 bal gücündə, yerin 27 km dərinliyində olub.
Dağıntı və fəlakət barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, İran-İraq sərhədində son günlər seysoloji intensivlik nəzərə çarpır. 3 gün əvvəl isə həmin bölgədə 5.2 bal gücündə zəlzələ meydana gəlmişdi.