Sabah Bakının iki rayonu susuz qalacaq.
"Azərsu" ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar 23 avqust 2014-cü il tarixdə saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə (Bülbül və Azadlıq prospektləri) içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Mənbə: ANS PRESS