Qadin.NET / İctimai rəydən niyə qorxuruq?

İctimai rəydən niyə qorxuruq?

 

Başqasının fikri güclü motivatordur. Hərdən düşünürük ki, hər şeyi özümüz və yaxınımız üçün edirik. Əslində isə belə deyil. Qəlbimizin dərinliyində başqalarının haqqımızda nə deyəcəyi barədə də düşünürük. Qonşular nə deyər, deyə düşünürük. 
Şərq insanlarında, xüsusilə də bizdə bu hiss daha çox inkişaf edib. Hər zaman başqalarının geyimimiz, saçımızın, pomadamızın, maşınımızın rəngi barədə qonşuların nə düşünəcəyi barədə narahat oluruq. Özümüzdən asılı olmayaraq, fikirlərimizi başqalarının rəyinə uyğunşadırırıq. Belə şeylər çox vaxt bizi xoşbəxtlikdən məhrum edən məhrumiyyətlərə səbəb olur. 
Bunu kompleks adlandırmaq da olmaz. Tərbiyə və ənənələr bizi belə davranmağa vadar edir. Axı qonşuların rəyi barədə düşünəndə gənc oğlanlar özlərini layiqli aparmağa çalışırlar, qızlar geyimlərinin abırlı olmasına diqqət yetirirlər. 
Bəs ictimai rəyi nəzərə almaq insanın öz xoşbəxtliyi üçün yaxşıdır, yoxsa pis? 

Mənbə: Milli.Az

 

22 avqust 2014
GO BACK