Qadin.NET / Azərbaycanda nə qədər şəkərli diabet xəstəsi var?

Azərbaycanda nə qədər şəkərli diabet xəstəsi var?

 

Azərbaycanda nə qədər şəkərli diabet xəstəsi var?

 

Azərbaycanda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 177 474 nəfər olub. Onlardan 26 398-i insulindən asılı şəkərli diabet xəstələri, 150 548-i isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir. Əhalinin hər 100 000 nəfərinə - cəmi 1 896,7 nəfər şəkərli diabet xəstəsi düşür.

2013-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı isə 24 182 nəfər təşkil edib. Onlardan 3 510-u insulindən asılı, 20 426-sı isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir. 

Mənbə: Lent.Az

22 avqust 2014
GO BACK