Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, gətiriləcək avtobuslar sərnişinlərin rahatlığı üçün nəzərdə tutulmuş hər bir vasitə ilə təmin olunacaq.
“Gətiriləcək avtobuslarda kondisioner və müasir havalandırma sistemləri olacaq. Hələlik avtobusların sayı dəqiq məlum deyil. Lakin bu ilin sonuna qədər müəyəynləşəcək”, - deyə Namiq Həsənov bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, əvvəllər avtobuslar Koreyadan gətirilirdi. İndi sərnişin avtobuslarını ya Türkiyə, ya da Almaniyadan alınacaq. Həmin avtobuslar şəhərdaxili xətlərdə istifadə ediləcək.
Namiq Həsənov onu da əlavə edib ki, bu ilin sonuna qədər 500 ədəd London taksisi gətiriləcək.
Mənbə: ANS PRESS