Qadin.NET / Ebola virusu qarşıdurma yaratdı

Ebola virusu qarşıdurma yaratdı

 

Ebola virusu qarşıdurma yaratdı

Liberiyada Ebola virusuna qarşı sərt tədbirlər qarşıdurmalara səbəb olub.ANS PRESS-in məlumatına görə, hökumət paytaxt Monrovianın bir neçə bölgəsində insanların küçələrə çıxmasına qadağa qoyub. Buna etiraz edən yerli sakinlər isə, etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Hərbi qüvvələrin aksiyaya müdaxiləsi qarşıdurmalarla nəticələnib. Hərbiçilər qarşıdurmalar zamanı fəallara atəş açıblar. Nəticədə 4 nəfər yaralanıb. Buna baxmayaraq, müdafiə naziri Brauni Samukai hərbiçilərə atəş əmri vermədiyini deyib.Hökumət virusun qarşısını almaq üçün paytaxtın bir neçə yaşayış sahəsini karantin zonası elan edib. Məlumata görə, təxminən, 50 minə yaxın insan karantin nəzarətinə götürülüb. Ötən gün nazir qohumlarının bölgədən çıxarılması geridə qalan insanların narahatlığını artırıb.Liberiyada indiyə qədər bu xəstəlikdən 570 nəfər dünyasını dəyişib. Qərbi Afrikada, ümumilikdə, ölənləri sayı isə, 1350-yə çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verib.Virus ilk dəfə 2013-cü ilin dekabr ayında Qvineyada baş qaldırıb. Ölümcül virus əsasən, Qvineya, Liberiya, Siera Leone və Nigeriyada geniş yayılıb.Bir müddət əvvəl virusa yoluxaan Amerikalı səhiyyə işçilərindən xoş xəbər gəlib. Amerikalı həkimlər xəstənin tam sağaldığını bildiriblər. Xəstənin müalicəsində “ZiMəp” adlanan dərmandan istifadə olunub. Corciya ştatında müalicə alan Kent Brentli artıq xəstəxananı da tərk edib. Brentli çıxışı zamanı sağ qalmasını möcüzə adlandırıb.“Mart ayında Qvineyada Ebola virusunun baş qaldırdığını və Liberiyaya yayıldığını öyrəndikdə artıq ən pis vəziyyətə hazır idik. İyun ayına qədər heç bir xəstə qəbul etməmişdik. Lakin ilk xəstəni qəbul etdikdən sonra İyulun 23-ündə səhər yerimdən üzərimdə ağır bir yük varmış kimi oyandım. Ebola virusuna yaxalandığım məlum olduqda isə, həyatım dəyişməyə başladı”Amerikada ilk dəfə meymunlar üzərində sınaqda keçirilən antibiotikin hələ bütün insanlar üzərində eyni təsirə malik ola biləcəyi məlum deyil. Amerikalı həkimlər həmkarlarını ehtiyatlı olmağa çağırıblar.

 

Mənbə: ANS PRESS

22 avqust 2014
GO BACK