Qadin.NET / Bu günün tarixi (22.08.2014)

Bu günün tarixi (22.08.2014)

 

Bu günün tarixi (22.08.2014)


Miladi: 22 avqust 2014
Hicri: 25 şəvval 1435
İlin 233-cu günü
İlin sonuna 132 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 05.42
Günəş - 06.57
Zöhr - 13.48
Əsr - 18.07
Məğrib – 20.45
İşa – 22.11
1543-cü ildə Osmanlı dəniz naziri .barbaros Xeyrəddin Paşa Tunisi ələ keçirib
1642-ci ildə İngiltərədə vətəndaş müharibəsi başlayıb
1819 - Azərbaycanda ilk alman koloniyası - Helenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub. Almanların Qafqaza köçü 1817-ci ildə Rusiya çarının razılığı ilə başlanmışdı. Helenendorfun əsası Vürtemberq krallığından gələn icma tərəfindən qoyulub. Sonra bölgədə daha bir neçə alman qəsəbəsi salınıb. 1938-ci ildə qəsəbə Xanlar adlandırılıb, 1941-ci ildə isə Stalinin əmri ilə almanlar Qazaxıstana sürgün edilib. 2008-ci ildə Milli Məjlis Xanların Göygöl adlandırılması barədə qərar qəbul edib.
1864-cü ildə 12 ölkə ilk Cenevrə konvensiyasını imzalayıb
1891-ci ildə çex yazıçı Jan Neruda vəfat edib
1941-ci ildə alman orduları Leninqradı mühasirəyə alıb
1985-ci ildə azərbaycanlı futbolçu Ruslan Məcidov anadan olub
1993 - Lənkəranda Ələkram Hümbətovun qondarma rejiminə ("Talış-Muğan Respublikası") qarşı xalqın kütləvi aksiyaları başlanıb. Heydər Əliyevin televiziya ilə müraciətindən sonra minlərlə şəhər sakini etiraz mitinqinə çıxıb.Mitinq Ə.Hümbətovun dəstəsi tərəfindən atəşə tutulub, 3 nəfər həlak olub, cinayətkar dəstə isə dağlara qaçıb. Avqustun 23-də Lənkəran və ətraf rayonlarda qanuni hakimiyyət bərpa olundu. Ə.Hümbətov və dəstəsi həmin ilin payızında ələ keçirildi. Heydər Əliyevin təmkin və qətiyyəti sayəsində bölgədə qanunçuluq tam bərqərar edildi. 
1999 - Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ nizamlanmasına dair növbəti görüş keçirilib.
2000-ci ildə Azərbaycanln ikinci prezidenti Əbülfəz Elçibəy vəfat edib

Mənbə: ANS PRESS

 

22 avqust 2014
GO BACK