İsveçdə yağan aramsız yağışlar daşqınlara səbəb olub. Daşqın suları əsasən, Vermland vilayətində ciddi fəsadlar törədib. ANS PRESS-in məlumatına görə, rəsmilər Kristinehamn şəhərində su səviyyəsinin fəlakət həddinə çatdığını məruzə edib.Daşqın suları yaşayış məntələqələrini basıb. Həmçinin, körpülər də suyun altında qalıb. Şəhərdə nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb.Meteoroloqlar isə yağıntıların hələ həftəsonuna qədər davam edəcəyini proqnozlaşdırıb.
Mənbə: ANS PRESS