FİDE 2014-2015-ci illərdə baş tutacaq Qran-pri seriyasının yerlərini və vaxtını elan edib.
ANS PRESS-in məlumatına görə, əvvəlkilərdən fərqli olaraq, bu dəfə Qran-pri seriyası 4 etapdan ibarət olacaq ki. Hər bir iştirakçı ən az bu etapların 3-də iştrak etməlidir. Əvvəlcə şaxmat marafonu 6 etapdan olurdu, hansı ki, hər bir iştrakçı bunların 4-də mütləq iştrak etməli idi. Etapların azalması FİDE üçün məsləni asanlaşdırsa da, şaxmat üçün mənfi amil sayılır. Belə ki, az oyun olduğu təqdirdə qalibin müəyyənləşdirilməsinin obyektivliyinə xələl dəyə bilər.
Lakin məsələ tam olaraq FİDE-dən asılı deyil. Keçən il Qran-prinin Paris, Lissabon və Madriddə keçirilməsinə çətinliklə də olsa nail olmasına baxmayaraq, bu il ümumiyyətlə qədim oyuna pul xərcləmək istəyənləri tapmaq olmayıb. Onsuz da keçən ilki qran-pridə də uduş fondu ən minimuma endirilmiş, keçirilmə vaxtları isə tez-tez dəyişdirilirdi. Berlin etapını isə ümumiyyətlə Çinə keçirməli olublar. Potensial Avropa sponsorları iqtisadi kriz dönəmində bu oyuna pul xərcləməkdən boyun qaçırırlar. Qərbi Avropa şahmat oyununa maraq göstərmək istəməsə də, oyuna yiyə duranlar tapıldı və onlardan biri də bizim ölkəmizdir. Şahmat coğrafiyasına diqqət yetirək.
Qran-pti etapları
1. 1-15 oktyabr 2014- Bakı, Azərbaycan
2. 20 oktyabr – 3 noyabr 2014- Daşkənd, Özbəkistan
3. 14-28 fevral 2015- Tehran, İran
4. 13-27 may 2015- Moskva, Rusiya
Azərbaycan, Özbəkistan, İran və Rusiya şaxmat oyununa sevginin ölmədiyi ölkələr qaldı. Çünki yalnız bu ölkələrdə FİDE turnirinə pul xərcləmək istəyən insanlar tapıldı.
Turnirdə 16 şahmatçı iştirak edəcək. Qaydalara görə, bunlardan 11-i seçilmiş namizədlərdir. 10 namizədi təşkilatçılıq edən ölkələr 1 namizəd isə FİDE-dən gəlir.Turnirə dəvət olunan 11 şaxmatçılar bunlardır:
1. Maqnus Karlsen, Norveç (Dünya çempionu)
2. Vişvanatan Anand, Hindistan (2013 dünya çempionatının iştrakçısı)
3. Vladimir Kramnik, Rusiya (2013-cü il dünya kuboku qalibi)
4. Dmitriy Andreykin, Rusiya (2013-cü il dünya kubokunun finalçısı)
5. Yevgeniy Tomaşevskiy, Rusiya (2013-cü il dünya kubokunun yarım finalçısı)
6. Maksim Vaçye-Laqrav, Fransa (2013-cü il dünya kubokunun yarımfinalçısı)
7. Levon Aronyan, Ermənistan
8. Fabiano Karuana, İtaliya
9. Aleksandr Qrişuk, Rusiya
10. Xikaru Nakamura, ABŞ
11. Veselin Topalov, Bolqarıstan
Dəvət olunanlar öz iştiraklarını 27 avqustadək təsdiq etməlidirlər. Dəvəti qəbul etməyən olduğu təqdirdə, Rusiyadan Sergey Karyakin, İsraildən Boris Qelfland, Azərbaycandan Şəhriyar Məmmədyarov ehtiyat oyunçuların ilk üçlüyündədirlər.
Mənbə: ANS PRESS