Qadin.NET / Sağaldığınızı düşünərkən ölümə doğru gedirsiniz

Sağaldığınızı düşünərkən ölümə doğru gedirsiniz

 

Adi soyuqdəymələr zamanı həkimin yazdığı antibiotiklər sizi ölümə bir addım da yaxınlaşdırır

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, yeni araşdırma göstərib ki, daha çox yayılmış antibiotiklər, xüsusilə də klaritromitsin insanda ürək dayanması riskini artırır. Klaritromitsin makrolid antibiotiklər qrupuna daxildir və bir sıra bakterial infeksiyalar, o cümlədən pnevmoniya, bronxit, otit, dəri və boğaz infeksiyalarının müalicəsində ondan istifadə edilir.
Danimarkanın "Statens Serum Institu Copenhagen" institutunun tədqiqatçısı, doktor Andres Xviidin və digər tədqiqatçılar qrupunun bəyanatına əsasən, makrolid antibiotiklər QT İnterval kimi tanınan ürəyin elektrik aktivlik müddətini artırır. Bu da, öz növbəsində, patoloji ürək ritminin inkişafına səbəb ola bilər. Aritmiya insultun və ürəyin dayanmasının əsas risklərindən biri kimi qiymətləndirilir.
Alimlər qeyd edirlər ki, makrlid antibiotiklərin individual təsiri məlum deyil.
Doktor Xviid və onun həmkarları 40 yaşdan 74 yaşa qədər 5 milyon adamın 1997-2011-ci illərdəki məlumatını araşdırıblar. Ciddi xəstəlikləri olan adamlar siyahıdan çıxarılıb. Tədqiqat dövrü ərzində 285 nəfərin ürəyi gözlənilmədən dayanıb. Onlardan 32 nəfərinin ürəyi roksitromitsin istifadəsi zamanı, 18 nəfəri isə klaritromitsin istifadəsi zamanı ölüb.
Tədqiqatda insanların yaşları, cinsləri, tədqiqatın başlanğıcında və sonunda ölüm ehtimalları nəzərə alınıb. Məlum olub ki, klaritromitsinin davamlı istifadəsi ölüm riskini 76% artırır.

Mənbə: Milli.Az

 

22 avqust 2014
GO BACK