Meksikada torpaq uçqunu meydana gəlib.
ANS PRESS-in məlumatına görə, Meksikanın şimal-qərbində səkkiz metr dərinlikdə, təxminən bir kilometr məsafədə torpaq uçqunu yaranıb və yer iki hissəyə parçalanmış bir vəziyyət alıb. Xəbəri “Sky News” yayımlayıb.
Hermosillodan dəniz sahilinə gedən yolun da uçqundan dağılması nəticəsində, nəqliyyatın hərəkəti dayandırılıb və buna görə də bir çox insanlar əlacsız qalaraq gəldiyi yolla geri qayıtmalı olub.
Geoloji mütəxəssislər yaranan bu torpaq çatının avqustun 10-da baş verən zəlzələnin yer qabığında hərəkətə səbəb ola biləcəyi ilə əlaqələndirirlər. Başqa bir ehtimala görə isə torpaq altına yığılmış suyun çökmə meydana gətirdiyi düşünülür.
Baş verən həmin təbiət hadisəsinin görüntüləri səmadan helikopterlə videolentə çəkilib.