Qadin.NET / Yay bitir, Bakının dərdi oyanır

Yay bitir, Bakının dərdi oyanır

 

Yay və istirahətlər fəsli artıq sona çatmaq üzrədir. Şəhər yenidən insanlarla dolur, avtobuslardakı sərnişinlərin sayı artır. 
Elə vaxt olur ki, avtobus sürücüsü qarşıdakı tıxacı görərək və ya qrafikdən geri qalmaq qorxusu ilə marşrutu dəyişir. Bu cür vəziyyət paytaxt avtobuslarında təsadüfi hal deyil. Avtobus tamam başqa küçəyə gedəndə və ya iş yerimizin qarşısında dayanmadan keçəndə işə vaxtında çatmaq arzumuz da ürəyimizdə qalır. Marşrutu dəyişmək üçün sürücülərin bəhanələri də az deyil. 
Milli.Az-ın Day.Az-a istinadən məlumatına görə, belə olan hallarda sərnişin vəziyyətin köməksiz qurbanına çevrilir. Nə qədər əsəbləşsən də, sürücü ilə dalaşsan da, o öz işində olur.  Heç bir faydası yoxdur. Siz adam dolu avtobusda hələ əlavə 15 dəqiqə də vaxt keçirməlisiniz. 
Təəssüflər olsun ki, Bakıda ictimai nəqliyyatın fəlsəfəsi bu cürdür - sürücü hər zaman haqlıdır. 
Bəzən də elə olur ki, marşrutların istiqamətləri dəyişdirilir, ancaq bu barədə vətəndaşlara məlumat verilmir. 
Oxuculardan biri yazır ki, bu gün 95 saylı marşrut avtobusuna minəndə başqa istiqamətə gedib. Bu barədə heç sürücüdən nəsə soruşmağa da imkan qalmayıb. 
Bir sözlə, payız gəldikcə, ictimai nəqliyyatın da ağır günləri yaxınlaşır. 
Belə olan halda sərnişin nə etsin? 

Mənbə: Milli.Az

 

21 avqust 2014
GO BACK