Qadin.NET / Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?

Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?

 

Bu il yay mövsümündə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin böyük əksəriyyəti ürək-damar və tənəffüs xəstəlikləri ilə bağlıdır. 
Bu barədə Trend-ə stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyevməlumat verib.
Onun sözlərinə görə, gün ərzində təxminən 1800 çağırış olur. Müraciət edənlərin təxminən 10 faizi xəstəxanalara yerləşdirilir.
Dəniz mövsümü başlayandan isə 67 nəfər suda boğulma ilə əlaqədar müraciət edib. Onlardan 30 nəfəri dünyasını dəyişib.
Yay aylarında 36 nəfəri ilan, 70 nəfəri isə digər həşəratlar sancıb.

Mənbə: Milli.Az

 

21 avqust 2014
GO BACK