Qadin.NET / Günvurmadan necə qorunmaq olar?

Günvurmadan necə qorunmaq olar?

 

Yay fəslinin başlanmasından bu günə qədər paytaxtda 35 nəfər günvurma ilə əlaqədar təcili yardıma müraciət edib. Milli.Az xəbər verir ki, bu barədə "Exo" qəzetinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkiminin müavini O.Şahmalıyev deyib. 
Onun sözlərinə görə, son bir neçə gün ərzində iki nəfər günvurma ilə stansiyaya müraciət edib. Ancaq ölümcül hallar qeydə alınmayıb. 
Həkim günvurmadan qorunmaq üçün bəzi tövsiyyələr də edib. Onun sözlərinə görə, açq havada çox vaxt keçirməmək və çoxlu sayda maye qəbul etmək lazımdır. 
Həkim Afət Mirzəyeva isə deyir ki, anomal istilər insan orqanizmində ciddi fəsadlar törədə bilər. Əsasən də, ürək-damar, mədə-bağırsaq sistemlərinə mənfi təsir göstərə bilər. 37 dərəcədən yüksək istənilən hərarət insan orqanizminə mənfi təsir göstərir. Ətraf mühit ilə insan orqanizmi arasında fasiləsiz istilik mübadiləsi prosesi gedir. Belə olanda damarların spazması başlayır, qan təzyiqi qalxır, ürək döyünməsinin sayı artır, ürək çatışmazlığı və hipertonik böhran yaranır. 

Mənbə: Milli.Az

 

21 avqust 2014
GO BACK