Qadin.NET / Qəlbi titrədən ən qısa hekayələr

Qəlbi titrədən ən qısa hekayələr

 

Bir dəfə Ernest Heminquey demişdi ki, hər kəsin qəlbinə toxunan ən qısa hekayəni yaza bilər. Müsabiqədə qalib gəldi. Onun hekayəsi isə belə idi: "Uşaq ayaqqabıları satılır. Geyinilməmiş". 
Həmin dövrdən bəri ən qısa hekayə janrı böyük vüsət alıb. Hər bir yazıçı bir neçə sözlə qəlblərə hakim olmağa çalışır.
Milli.Az Rusiya mətbuatına istinadən ən qısa hekayələri təqdim edir: 

Yadlar. Dostlar. Ən yaxşı dostlar. Sevgililər. Yadlar.
"Səhv düşmüsünüz", - tanış bir səs telefonda dedi. 
Hörmətli sərnişinlər, indi sizinlə kapitan danışacaq. 
Paraşüt satıram. Heç vaxt açılmayıb, ancaq bir az ləkəsi var. 
Bu bizim qızıl toyumuzdur. Bir nəfərlik masada. 
Bu gün anam məni yenidən tanıdı. 
Bir dəstə çiçəklə evə gəldim, ancaq açar qapıya düşmədi. 
Təraş olmağı mənə anam öyrətdi. 
Maşının qırılmış arxa şüşəsində yazılmışdı: "Yeni evlilər".
Yataq otağımız. İki səs. Və mən qapını çöldən döyürəm. 
Güzgüdəki əksim mənə göz vurdu. 
Bağışla, əsgər, ayaqqabı cüt satılır. 
Həyat yoldaşının qatilini kiçik butulka ilə yedirir. 
Təxəyyülündə özünü böyük sandı. Böyüdü. Təxəyyülünü itirdi. 
Mənbə: Milli.Az

 

21 avqust 2014
GO BACK