Qadin.NET / Avtomobilin təkərindən sıçrayan su paltarımıza düşsə...

Avtomobilin təkərindən sıçrayan su paltarımıza düşsə...

 

Avtomobilin təkərindən sıçrayan su paltarımıza düşsə, bu paltarla namaz qılmaq olarmı? 
Milli.Az islam.az-a istinadən bildirir ki, yalnız murdar olduğunu dəqiq bildiyimiz maddələr üstümüzə sıçrasa, onu pak etmək vacibdir. 
Avtomobilin təkərindən sıçrayan suyun şəriət baxımından murdar olması aşağıdakı hallarda mümkündür: suyun içində sidik, nəcasət, məni, şərab olsun; su leşdən, itdən və donuzdan süzülmüş olsun. 
Əgər bu halların olduğunu yəqin bilmiriksə, əhəmiyyət vermək lazım deyil. Suyun kirli, palçıqlı olması ona əsas verməz ki, onun sıçradığı paltarla qıldığımız namazı batil sayaq.
Mənbə: Milli.Az

 

20 avqust 2014
GO BACK