Qadin.NET / Şəkidə belə hal 14 il əvvəl olmuşdu

Şəkidə belə hal 14 il əvvəl olmuşdu

 

Dünyada davam edən qlobal itiləşmə Azərbaycandan da yan keçməyib. Əsas da son günlər anomal istilər müşahidə edilir. Ölkədə son illərin ən isti yayı yaşanır. Hazırda ölkə ərazisində temperatur çoxillik iqlim normasından 4-5 dərəcəyədək yüksəkdir. Bu isə sözsüz ki, insanların səhhətinə mənfi təsir göstərir. Ölkə ərazisində quraq hava şəraiti hökm sürür. 
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, son 3 gündə Şəkidə qeydə alınan temperatur 14 il bundan öncə yaşanıb. Anomal istilər bir çox problemlərə yol açıb. Əsasən də, insanların səhhətinə mənfi təsir göstərir. Bunu Təcili Təxirəsalinmaz Tibbi Yardım Stansiyasına daxil olan çağrışların sayından da görmək olar. Belə ki, son bir neçə gündə istilərlə bağlı stansiyaya bir gün ərzində daxil olan çağırışların sayı 60-dan çox olub. 
Belə havalarda insanlar necə deyərlər, qaçmağa yer axtarır. Vəziyyəti belə görən insanlar mümkün qədər evdən çölə çıxmamağa çalışırlar. Havaların həddindən artıq isti keçməsi quraqlığın artmasına səbəb olub. İsti havalar Şəkidə və kəndlərində su ehtiyatının azalmasına gətirib çıxarıb. Bunu elə sinoptiklərin verdiyi məlumatlarda da görmək olar. Həkimlər mümkün qədər insanları günorta saatlarında açıq havada qalmamağa çağırırlar. 
Proqnozlar ümidvericidir. Sinoptiklər növbəti günlərdə temperaturun nisbətən aşağı düşəcəyini bildirirlər. Hər halda, hələlik yağışdan, sərin havadan danışmaq tezdir. Odur ki, hələ ehtiyatı əldən vermək olmaz. Çalışın, səhhətinizə xələl gəlməsin. 

Mənbə: Milli.Az

 

20 avqust 2014
GO BACK