Qadin.NET / Google yeni servis yaradıb

Google yeni servis yaradıb

 

Böyük ölçülü məlumat bazası ilə işləyərkən yaranan problemlərə həsr edilmiş VLDB 2014 konfransında Googleun mütəxəssisləri şirkətin yeni həlli olan Mesa adlı Verilənlər Bazasının İdarəetmə Sistemləri (VBİS) haqqında ətraflı məlumat veriblər.

Yeni VBİS petabaytlarla məlumatı saxlamağa, saniyədə milyonlarla yazını yeniləməyə və gündəlik trilyonlarla sorğunu icra etməyə qadirdir. Bu azmış kimi, üstəlik, Mesa bir neçə məlumat emalı mərkəzində paralel işləyə bilər. 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Google şirkəti öz reklam biznesi üzrə məlumatların saxlanılması və təhlili üçün öz VBİS sistemini yaradıb. Çünki mövcud sistemlərdən heç biri bu imkana malik olmayıb.
Mənbə: Milli.Az
20 avqust 2014
GO BACK