
10 mobil qurğu istifadəçisindən 4-ü informasiyanın qorunması üçün tətbiq quraşdırmağa tələsmir. Bu haqda ABŞ-ın NCA agentiyi məlumat yayıb. Agentlik bildirib ki, masaüstü kompüter və noutbuklarda eyni analoji vəziyyət hökm sürür. Sözügedən avadanlıqların 5 sahibindən 2-si antivirus və brandmauer quraşdırmadan istifadə edir.
Qeyd edək ki, müvafiq sorğu Böyük Britaniya sakinləri arasında keçirilib və qeydə alınan vəziyyət analitikləri narahat edib.
Milli.Az İCTnevs-a istinadən bildirir ki, keçirilmiş sorğuya əsasən, respondentlərin 40 faizi öz kompüterlərinə antivirus proqram təminatı quraşdırsalar da, onlar sistemi yoxlamırlar və müvafiq məlumat bazasını yeniləmirlər.
Smartfon istifadəçiləri arasında bu göstərici 56 faiz təşkil edib.
Bundan başqa, ümumi smartfon istifadəçilərinin beşdə bir hissəsi çox vaxt etibarlı olmayan mənbələrdən məzmun yükləyir. Kompüter və noutbuk istifadəçiləri arasında bu göstərici ümumi sayın dörddə birini təşkil edir.
Mənbə: Milli.Az