Qadin.NET / Teymur Rəcəbov xanımı ilə

Teymur Rəcəbov xanımı ilə

 

Teymur Rəcəbov xanımı ilə

Azərbaycanlı məşhur şahmatçı Teymur Rəcəbov və həyat yoldaşı Elnarə xanımın yeni fotoları dərc olunub. 

 

ANS PRESS-in məlumatına görə, cütlük “Boutique” jurnalı üçün fotokamera önünə keçib. Bir-birindən gözəl fotolar ilə yanaşı Teymur və Elnarə “Boutique” jurnalına maraqlı müsahibə də veriblər. Həyat yoldaşı barədə danışan şahmatçı ondan fərqli olaraq xanımının çox təşkilatçı və onun üçün hər şeydə səliqənin mütləq olduğunu deyib. Teymut toyu barədə də danışmağı unutmayıb:
"Toyumuzda çoxsaylı qonaqlar iştirak edirdilər, onların hər birinə diqqət ayırmaq lazımdır. Buna baxmayaraq Elnarə orada da mənə sürpriz etməyə vaxt tapdı. O toyun ortasında başqa bir eleqant libasda üzündə maska ilə qarşıma çıxdı. Onun hərəkəti hər kəs tərəfindən maraqla qarşılandı". 
Karyerasından bəhs edən şahmatçı bu sahədə ona atasının dəstək olduğunu deyib: 
"Tez-tez məndən soruşurlar ki, 24 yaşımda evlənmək karyerama ziyan vurmayıb? Sizi inandırım ki, həyatınızda sevdiyiniz insan olanda nə yaşa nə də ki, karyeraya fikir vermirsən. Amma etiraf edim ki, karyeram mənim üçün yüksəkdə dayanır. 3-5 yaşımdan şahmat oynayıram. Bunun üstündən 23 il keçib. Şahmat karyeramda atamın rolu böyük olub. Elə ilk məşqçim də atamdır. Şahmat sakit oyundur. Məsələn, futbolda hər şey açıq-aşkardır. Emosiya insanları idarə edir. Şahmatda isə gizlilik olmalıdır. Bir şeyi açıq etmək məğlubiyyətdir”.
Həyat yoldaşından danışan Elnarə isə onun həm dostu, həm də sevdiyi olduğunu bildirib: 
“Teymur həm dost, həm də həyat yoldaşı olmağı bacarır. Onun məsləhətləri mənim üçün dəyərlidir. Futbol oyunundakı görüşümüzdən uzun vaxt keçdi və tale bizi birləşdirdi. Bir neçə il sonra yenidən görüşdük. Aramızda sevgi qığılcımı yarandı. Onu görənə qədər mən karyera, yeni layihələr barədə düşünürdüm, Teymurla görüşdükdən sonra isə ailə barədə fikirləşməyə başladım. Teymur özü valideynlərimin yanına gəlib, məni istədi. Daha sonra isə hər şey adətlərə uyğun oldu. Toya hazırlıq ərəfəsində hər bir amil mənim üçün önəmli idi". 
Bal ayı barədə söhbət açan Elnarə xanım toydan sonra Moskvaya, Yunanıstana getdiklərini deyib: "Yunanıstanda Teymur Avropa çempionatında iştirak etməli idi. Çoxları elə bilir ki şahmat darxdırıcı oyundur, amma yanılırlar. Mən ayaq üstə dayanıb onun bütün oyunlarını izləyirdim".

 

Teymur Rəcəbov xanımı ilə


Teymur Rəcəbov xanımı ilə

Teymur Rəcəbov xanımı ilə

Teymur Rəcəbov xanımı ilə

Teymur Rəcəbov xanımı ilə

Teymur Rəcəbov xanımı ilə

 

Mənbə: ANS PRESS

20 avqust 2014
GO BACK