Avqustun 24-də II Qəbələ mürəbbə festivalı keçiriləcək.Lent.azın məlumatına görə, Qələbədə Qafqaz Karvansaray oteldə keçiriləcək festivalın təşkilatçıları Qəbələ RİH, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyasıdır.
Festivalın keçirilməsində məqsəd milli mətbəx irsimizin bir hissəsi olan mürəbbələri tanıtmaq və həm xalq yaradıcılığı kimi həm də milli mətbəx irsimiz kimi toplanmasını və təbliğini təşkil etməkdir.
Festivalında 20 rayon iştirak edəcək və hər rayon 8 növ mürəbbə gətirəcək. Festivalda mürəbbələrin 2 nominasiya üzrə müsabiqəsi keçiriləcək. Qaliblər fəxri fərman və pul ilə mükafatlandırılacaq. Həmçinin qaliblər və iştirakçılara AMKA və AMKM diplomları və medalları təqdim olunacaq. Festivalda rayonlar üzrə ayrılmış yerlərdə hər bir bölgə üçün xarakterik olan mürəbbə məhsullarının ,əl işlərinin sərgisi təşkil olunacaq.
Qeyd edək ki, I Qəbələ mürəbbə festivalından fərqli olaraq bu il münsiflər heyətinin işi daha da təkmilləşdirilib
Mənbə: Lent.Az