Milli.Az Anspress-ə istinadən avqustun 20-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Miladi: 20 avqust 2014
Hicri: 23 şəvval 1435
İlin 231-cu günü
İlin sonuna 134 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.39
Günəş - 06.55
Zöhr - 13.48
Əsr - 18.09
Məğrib – 20.48
İşa – 22.14
636-cı ildə Yermuk müharibəsi baş verib və Xalid ibn Vəlidin rəhbərlik etdiyi İslam ordusu Suriya və Fələstinə nəzarəti Bizans imperatorluğundan alıb.
1901-ci ildə görkəmli xanəndə Xan Şuşinski anadan olub.
1912-ci ildə SSRİ xalq artisti, Maestro Niyazi dünyaya gəlib.
1929 - Aydın Qaradağlı, azərbaycanlı məşhur radio diktoru anadan olub.
1958-ci ildə aktyor Allahverdi Yolçuyev anadan olub.
1965-ci ildə türk aktyor İlker İnanoğlu (komiar Engin) anadan olub.
1968-ci ildə Sovet ordusu 200000 əsgər və 5000 tankla Praqaya daxil olub.
1988-ci ildə 8 il davam edən İran-İraq müharibəsi atəşkəslə başa çatdı.
1991-ci ildə Estoniya müstəqilliyini elan etdi.