Qadin.NET / Əhaliyə xəbərdarlıq

Əhaliyə xəbərdarlıq

Əhaliyə xəbərdarlıq
Bu il yay mövsümü başlayandan indiyədək günvurma diaqnozu ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 36 nəfər müraciət edib. Stansiyanın baş həkim müavini Oqtay Şahmalıyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisələrin arasında ölüm halı qeydə alınmayıb.Bundan başqa, bu yay 70 nəfəri ilan və həşərat sancıb. Onlardan 43 nəfərin vəziyyəti nisbətən ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Onların da arasında ölən olmayıb.Dəniz mövsümü başlayandan isə 67 nəfər suda boğulma ilə əlaqədar müraciət edib. Onlardan 30 nəfəri dünyasını dəyişib.

Oqtay Şahmalıyevin sözlərinə görə, dünən 2 günvruma və 2 həşərat sancma hadisəsi ilə əlaqədar stansiyaya çağırış olub. Günvurma hadisələrindən ölüm hadisələri qeydə alınmayıb. Qeyd edək ki, günvurmaya yaşlılar, uşaqlar, xəstələr, kök adamlar daha çox məruz qalırlar. Günvurmaya saat 12:00-dan saat 16:00-a qədər bayırda uzun müddət fiziki işlə məşğul olan insanlar da çox məruz qalır. Həmin saatlarda uzun müddət fiziki işlə məşğul olmaq tövsiyə edilmir.Baş həkimin müavini bildirib ki, belə isti havalarda küçəyə çıxan insanlar təbii, açıq rəngli, bədənə çox yapışmayan paltarlar geyinməlidirlər. İnsanlar baş örtüklərindən, çətirlərdən, sərinləşdirici içkilərdən çox istifadə etməlidirlər. Çətin həzm olunan, yağlı, ətli qidalardan imtina etmək, meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Maye ifrazı çoxaldığına görə, gün ərzində hər insan 5 litrdən yuxarı maye qəbul etməlidir.

Mənbə: ANS PRESS

20 avqust 2014
GO BACK