Qadin.NET / Türkiyənin yeni baş naziri kim olacaq?

Türkiyənin yeni baş naziri kim olacaq?

 

Türkiyənin yeni baş naziri kim olacaq?

Türkiyədə yeni baş nazir hazırda ölkənin xarici işlər naziri vəzifəsini icra edən Əhməd Davudoğlu ola bilər. Bu barədə prezident Abdullah Gül açıqlama verib. Gül bildirib ki, Davudoğlunun siyasətə və dövlət vəzifələrinə gəlməsində onun rolu olub.

 

ANS PRESS-in məlumatına görə, hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl prezident seçkilərində qalib gəlmişdi. Türkiyə mediyasında Davudoğlu Ərdoğan dövlət başçısı vəzifəsinə yiyələndikdən sonra onu əvəz edə biləcək yeganə şəxs kimi göstərilirdi. Həmçinin, bir qədər əvvəl müxalif Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu da Ərdoğanın Abdullah Gül ilə çalışmağa davam etməyəcəyini qeyd etmişdi.
Abdululah Gül ötən gün Ankarada vida nitqi ilə çıxış edib. Çıxışı zamanı Gül Ərdoğanı dövlət başçısı seçilməsi münasibəti ilə təbrik edib və ona öz işində uğurlar arzulayıb.

Mənbə: ANS PRESS
20 avqust 2014
GO BACK