Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, lakin yağmursuz keçəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 36-39° , yarımadanın bəzi yerlərində 41° isti, Bakıda gecə 25-27° isti, gündüz 38-40° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 faiz , gündüz 50-60 fazi təşkil edəcək.Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.
Mənbə: ANS PRESS