Qadin.NET / Təhlükə hər gün böyüyür

Təhlükə hər gün böyüyür

 

Təhlükə hər gün böyüyür

Ümümdünya Səhiyyə Təşkilatı Ebola virusu ilə əlaqədar son rəqəmləri açıqlayıb.
ANS PRESS-in məlumatına görə, təşkilatın son açıqlamasında virusun yayıldığı Qərbi Afrika ölkələrində 113 yeni hadisənin təsbit edildiyi və daha 84 adamın öldüyü bildirilir. Bununla da indiyə qədər 2240 hadisə aşkar edilməklə yanaşı, ölənlərin sayı da 1229-a yüksəlib. 
Hazırda virusla mübarizə aparmaq üçün tək ümid, tütündən hazırlanan Zimapp adlı dərman hesab edilir. Lakin, həmin dərmanın az miqdarda istehsal edildiyi bildirilir. Bundan başqa, xəstəliklə mübarizədə təmizlik böyük əhəmiyyət daşıyır. 
Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Qida Proqramı bölgəyə kömək etməyə hazırlaşır. BMT Ebola karantinində olanlara yemək və içki yardımı ediləcəyini açıqlayıb.
Qeyd edək ki, ilk olaraq 1976-cı ildə Kongoda görülən və adı Afrikadaki bir göldən götürülən ebola virusu ishal, qanama, dəri töküntüləri və yüksək bədən tempraturu əlamətləri ilə ortaya çıxır. Virus ən çox Konqo, Uqanda və Cənubi Sudan ölkələrində yayılıb. Müalicəsi və peyvəndi olmayan virus, xəstədən sağlam insana asan keçir. Heyvanların da daşıyıcı olduğu bu təhlükəli virus, daha çox şimpanze, qorilla və meymunlarda aşkarlanır.

Mənbə: ANS PRESS

 

20 avqust 2014
GO BACK