Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Avqustun 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, lakin yağmursuz keçəcək.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 36-39° , yarımadanın bəzi yerlərində 41° isti, Bakıda gecə 25-27° isti, gündüz 38-40° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85 faiz , gündüz 50-60 fazi təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.
Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı
ehtimalı var.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 43°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,Zəngilan,Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava yağmursuz olacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 43° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 17-22° isti, gündüz 29-34° isti olacağı gözlənilir. 

Mənbə: Milli.Az

 

20 avqust 2014
GO BACK