Qadin.NET / Türklər Afrikaya da gedib çıxdı

Türklər Afrikaya da gedib çıxdı

Türklər Afrikaya da gedib çıxdı
Türkiyə Afrika ölkələrinin geniş neft-qaz, dağ-mədən və elektrik enerjisi ehtiyatlarından istifadə etmək niyyətindədir.ANS PRESS-in məlumatına görə, Türkiyənin dövlət və özəl enerji sektorunun nümayəndələri hazırda Liviya, Cibuti, Keniya və Sudanın neft, dağ-mədən və elektrik sahələrində peşə təhsili verirlər. Qarşıdakı dövrdə isə türkiyəli mühəndislərin Kamerun və Nigerdə də peşə təhsili vermələri planlaşdırılıb.Qeyd edək ki, Afrikanın 54 ölkəsindən 45-i qəbul olunan neft ehtiyatlarına sahibdir. Dünyadakı təbii qaz ehtiyatlarının isə 8 faizi bu qitənin payına düşür. Afrika, həmçinin hidroelektrik, geotermal və günəş enerjisi sahələrində böyük potensiala malikdir.

Mənbə: ANS PRESS

19 avqust 2014
GO BACK