Qadin.NET / Müdafiə nazirləri Dağlıq Qarabağdan danışdılar

Müdafiə nazirləri Dağlıq Qarabağdan danışdılar

 

Müdafiə nazirləri Dağlıq Qarabağdan danışdılar

Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü baş tutub.ANS TV-nin məlumatına görə, görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. 3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və üçtərəfli birgə təlimlərin keçirilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, hərbi-təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi bardə razılığa gəlinib.Müdafiə naziri Zakir Həsənov deyib ki, görüş zamanı regiondakı hərbi-siyasi durum, təhlükəsizlik məsələləri, bölgədə sabitliyin təmin edilməsi yolları əsas mükazirə predmeti olub. Görüşdə vurğulanıb ki, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu xətti, TAP və TANAP layihələrinin Avropanın enerji təhlükəsizliyi olduğu üçün region diqqət mərkəzindədir. Hazırda istifadədə olan, gələcəkdə reallaşdırılması gözlənilən layihələrin birgə mühafizəsi bu 3 ölkənin üzərinə düşəcək. Dağlıq Qarabağ münaqişəsilə bağlı bir daha vurğulanıb ki, bu problem Azərbaycanın ərazi bütövlyü çərçivəsində həll oluna bilər.Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz deyir ki, “Türkiyə olaraq Gürcüstan və Azərbaycanın süverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik. Bölgəmizdəki münaqişələrin sülh yolu ilə həll olunması önəmini bir daha vurğuladıq”.3 dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsi üçün hər il bu tip görüşlər baş tutacaq.

 

Mənbə: ANS PRESS

19 avqust 2014
GO BACK