Qadin.NET / İşdən qovulduqdan sonra görüləcək 5 məşğuliyyət

İşdən qovulduqdan sonra görüləcək 5 məşğuliyyət

 


İşsiz keçən vaxtı elə keçirmək lazımdır ki, səmərəli olsun. Fərqi yoxdur ki, sizi işdən qovublar, yoxsa öz xahişinizlə çıxmısınız. Milli.Az Lady.Day.Az-a istinadən bildirir ki, işsiz keçən müddət insanın öz üzərində işləməsi və inkişaf etməsi üçün əla imkandır. 
İdman 
Qarşınıza məqsəd qoyun ki, yeni iş tapana qədər bütün artıq çəkilərdən xilas olacaqsınız. Özünüzə inamı artırmaq üçün idman sizə əla yardımçı olacaq. 
Səyahət
Əgər maliyyə imkan verirsə, boş vaxtdan istifadə edin və səyahət şansını qaçırmayın. Bir bilet al və macəralara hazır ol. Əgər kifayət qədər pulun yoxdursa, unutma ki, avtostopu hələ heç kim ləğv etməyib. 
Özünü inkişaf
Bilik və bacarıqlarınızı artırmaq üçün kurslara da yazıla bilərsiniz. Bu ingilis dilini öyrənmək, ilkin tibbi yardım bacarqlarına yiyələnmək və s. ola bilər. 
Kitab oxumaq və film izləmək 
Əvvəllər kitab oxumaq və film izləmək üçün vaxtın yox idi? Özün üçün baxacağın kino və oxuyacağın kitabların siyahısını tərtib edin. 
Könüllü iş 
İşsizlik könüllü fəaliyyət üçün də əla imkan yaradır. Bununla da CV üçün yeni materiallar toplaya bilərsiniz. 

Mənbə: Milli.Az

 

19 avqust 2014
GO BACK