Qadin.NET / Məşhur uşaq qidasında təhlükəli maddə aşkarlandı

Məşhur uşaq qidasında təhlükəli maddə aşkarlandı

 

Amerikanın Heinz şirkəti Çində mağazalara çıxan uşaq sıyıqlarının bir hissəsini geri çağırıb. Buna səbəb isə sıyıqların tərkibində qurğuşun maddəsi aşkarlanmasıdır. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, istehsalçı artıq buna görə üzr istəyib və bildirib ki, həmin problem digər məhsullarda olmayıb. 
Çinin Çjentszyan vilayətinin nəzarət orqanlarının məlumatına görə, 14 min ədəd qida qutusunda həmin maddə aşkar edilib. 
Heinz Çinə göndərilmiş AD Calcium Hi-Protein qidalarını geri qaytarıb. 

Mənbə: Milli.Az

 

19 avqust 2014
GO BACK