Qadin.NET / İş axtaranlara şad xəbər

İş axtaranlara şad xəbər

 

İş axtaranlara şad xəbər

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) növbəti Əmək yarmarkasını Xaçmaz rayonunda keçirəcək.
ƏƏSMN-dən ANS PRESS-ə verilən məlumata görə, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti Əmək yarmarkasının avqustun 20-də Xaçmaz rayonunda keçirilməsi nəzərdə tutulur. 
Yarmarkada rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar üzrə 350-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaranlara təklif olunacaq. Habelə sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də təklif ediləcək. 
Qeyd edək ki, cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın 20 rayon və şəhərində Əmək yarmarkaları keçirilib. 
Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 1509 nəfər vətəndaşa boş (vakant) iş yerlərinə göndəriş verilib, 108 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 107 nəfər ödənişli ictimai işlərə cəlb olunub.
Mənbə:ANS PRESS

 

19 avqust 2014
GO BACK