Qadin.NET / Dünyada yeni virus yayılır

Dünyada yeni virus yayılır

 

Venesuelada Çikunqunya virusu sürətlə yayılır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, artıq 200 nəfərin bu virusa yoluxduğu deyilir. Xəstəliyi daşıyan və ötürənlər isə ağcaqanadlardır. Virus yaşlı adamlar üçün daha da təhlükəlidir. 
Hazırda virusdan ölüm halları qeydə alınmayıb. Xəstəliyə yoluxanların əksər hissəsi ölkənin şimal hissəsində - Karakasda, o cümlədən Miranda, Araqua və Varqas ştatlarının sakinləridir.
Venesuelanın səhiyyə naziri Fransisko Armada bildirib ki, virusa yoluxanların həlak olması faktı qeydə alınmayıb. 

Mənbə:Milli.Az

 

19 avqust 2014
GO BACK