Qadin.NET / Kontakt linzalarla hovuza girmək olarmı?

Kontakt linzalarla hovuza girmək olarmı?

 

Bu gün Amerikada 30 milyondan çox adam hovuza və ya dənizə gedərkən kontakt linzaları çıxarmır. Bunu ABŞ-da aparılmış araşdırmalar təsdiq edib. Ölkənin tibbi ləvazimatlar və ərzaq idarəsi isə hər dəfə bu cür çimməyin təhlükəli olduğu barədə xəbərdarlıq edir. 
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, qurum bildirir ki, linzaların materialı məsaməlidir və sudakı bakteriyalar üçün orada münbit şərait yaranır. Bu da, öz növbəsində, insanın gözünün nurunu alan infeksiyaya və iltihablara səbəb ola bilər. Bundan əlavə suyun təsiri ilə linzalar çox sıxıla və suyun tərkibindəki xlor iltihaba səbəb ola bilər. 
Əgər hovuza girərkən bir neçə dəfə linzanı çıxarıb-taxmaq istəmirsinizsə, birdəfəlik linza sizin yardımçınız olar. Bununla belə, xüsusi eynəklər taxmaq tövsiyə olunur. 
Mütəxəssislər hovuzdan çıxdıqdan sonra linzanı çıxararaq yaxşı-yaxşı yumağı tövsiyə edirlər. Əgər linza ilə hovuza girib çıxdıqdan sonra gözdə qızartı yaranırsa, dərhal oftalmoloqa müraciət etmək tövsiyə edilir. 

Mənbə:Milli.Az

 

19 avqust 2014
GO BACK