Qadin.NET / Bu günün hava proqnozu

Bu günün hava proqnozu

 

Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 34-38°, yarımadanın bəzi yerlərində 40° isti olacağı gözlənilir.
Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-80 faiz , gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 43°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz olacaq.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava yağmursuz olacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz olacaq.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36°, bəzi yerlərdə 38° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 43° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz olacaq.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Mənbə:Milli.Az

 

19 avqust 2014
GO BACK