Qadin.NET / Bakının tozda boğulan sakinləri...

Bakının tozda boğulan sakinləri...

 

Parlament prospektində yerləşən bir saylı binada yaşayanlar tikinti tozundan boğulurlar. Evlərinin yannındakı İncəsənət Gimnaziyası və 20 saylı məktəb sökülür. 
Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına həmin binada yaşayan oxuculardan biri yazıb. 
Onun sözlərinə görə, həyat yoldaşı astma xəstəsidir və həmn toz ona əziyyət verir. Gecələr bir neçə dəfə tutması olub. 
Məsələyə münasibət öyrənmək üçün saytın əməkdaşı 64 saylı mənzil istismar idarəsinin (Mİİ) rəisi Rafiq Novruzovla əlaqə saxlayıb. 
Onun sözlərinə görə, bu obyektlərin söküntüsü dövlət səviyyəsində həyata keçirilir. Mİİ-nin buraya müdaxilə etmək səlahiyyətləri yoxdur. 
"Ancaq mən sakinlərin şikayətlərini podratçı şirkətə çatdıra bilərəm ki, bu məsələni diqqətdə saxlasınlar", - o əlavə edib. 

Mənbə:Milli.Az

 

18 avqust 2014
GO BACK