Qadin.NET / İsrail və Fələstin yenidən danışıqlara başladı

İsrail və Fələstin yenidən danışıqlara başladı

 

"Hər bir razılıq İsrailin təhlükəsizliyini təmin etməli, "Həmas"ın İsrailə qarşı raket hücumlarına son qoymalıdır"

Misirin təşəbbüsü ilə İsrail və Fələstin arasında danışıqların yeni mərhələsinə başlanılıb.
Anspress  in məlumatına görə, tərəflər 3 günlük fasilədən sonra bir araya gəlib. Hazırkı 5 günlük atəşkəsin müddəti bu gün başa çatır.
İsrailin baş naziri Benyamin Netanyahu verdiyi açıqlamada bildirib ki, hər bir razılıq İsrailin təhlükəsizliyini təmin etməli, "Həmas"ın İsrailə qarşı raket hücumlarına son qoymalıdır.
Fələstinli qanunverici Mustafa Barquti İsrailin Qəzzanın 8 illik blokadasına qon qoymasını tələb edib.
Hazırkı atəşkəs "Həmas"la İsrail arasında 3-cü atəşkəsdir.
Bir aydan artıqdır davam edən qarşıdurmalar nəticəsində əksəriyyəti fələstinli mülki vətəndaşlar olmaqla, 2000-dən artıq insan həlak olub. 

Mənbə:Milli.Az
18 avqust 2014
GO BACK