Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

 

Miladi: 18 avqust 2014
Hicri: 09 şəvval 1435
İlin 229-ci günü
İlin sonuna 136 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.37
Günəş - 06.53
Zöhr - 13.49
Əsr - 18.11
Məğrib – 20.51
İşa – 22.18
E.ə.293-cü ildə Venera ilahəsi şərəfinə Romada ən qədim məbəd inşa olunub.
1227-ci ildə moğol imperatoru Çingiz xan vəfat edib.
1868-ci ildə fransız astronomu Pyer Jansen Günəş spektrində yeni elementi - heliumu kəşf edib.
1912 – Azərbaycanın xalq şairi Mirvarid Dilbazi (1912-2001) anadan olmuşdur. Mirvarid Dilbazi xüsusilə uşaq və gənclər üçün yazdığı şeirlərlə məşhurlaşıb. Nizaminin, Nəvainin, eləcə də bir çox rus və sovet şairlərinin əsərlərini Azərbaycan türkcəsinə tərcümə edib.
1919-cu ildə Azərbaycan Demokratik Respublikasının ilk sərhəd mühafizəsi təsis edilib.
1939-cu ildə Azərbaycan xalq artisti, aktyor Hacımurad Yagizarov anadan olub.
1950-ci ildə fransız yazıçısı Onore de Balzak vəfat edib.
1991-ci ildə dilçi, ədəbiyyatşünas, pedaqoq Əkrəm Cəfər vəfat edib.
1993 - BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbayvanın işğal olunmuş digər rayonlarından qeyd-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub. Bəyanat Azərbaycan Ali Sovetinin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyevin Ermənistanın hərbi təcavüzünün genişlənməsi ilə bağlı BMT rəhbərliyinə ünvanladığı məktub əsasında qəbul olunmuşdu. Lakin bəyanatda onun icrası ilə bağlı hər hansı mexanizm nəzərdə tutulmadığı üçün o, deklarativ sənəd olaraq qaldı.

Mənbə:Milli.Az

 

18 avqust 2014
GO BACK